|
|
|
|
Latviya Rusiyanın Sputnik İnformasiya Agentliyinin Litva bölməsinin baş redaktorunu həbs edib.
525.az xəbər verir ki, baş redaktorun vəkili açıqlamasında bildirib ki, Marat Kasem məhkəmənin qərarı ilə həbs edilib. Jurnalist Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda ittiham olunur.
Xəbərə görə, Kasemin vəkili İmma Jansone hələ iş materialları ilə tanış olmayıb. Jansone məhkəmədən jurnalistin zaminə buraxılmasını istəyib, lakin hakim jurnalistin həbsdə qalmasına qərar verib.
Kasem cümə axşamı Riqanın mərkəzi həbsxanasına köçürülüb. Kasem Latviya vətəndaşıdır, lakin bir neçə ildir Moskvada yaşayır və Sputnik Litvanın da üzvü olduğu "Rossiya Seqodnya" media qrupunda işləyir.
O, Yeni il ərəfəsində ailəvi səbəblərə görə Latviyaya qayıdıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu addımı Latviyanın ifadə azadlığına dair beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirib və Moskvanın Kasemin həbsində beynəlxalq təşkilatlardan kömək istəyəcəyini bildirib.
Malik Atilay