525.Az

Android telefonlara peyk bağlantısı xüsusiyyəti gəlir


 

Android telefonlara peyk bağlantısı xüsusiyyəti gəlir<b style="color:red"></b>

Peyk telefon şirkəti "Iridium" və çip istehsalçısı "Qualcomm" tərəfindən elan edilən əməkdaşlıq bu ilin sonuna qədər ən yüksək səviyyəli Android telefonlarına peyk bağlantısı təmin edəcək. 

525.az xəbər verir ki, peyk bağlantısı ilə telefon siqnalı olmayan yerlərdən fövqəladə hallarda mesaj göndərmək və qəbul etmək mümkün olacaq.

Apple bu xüsusiyyəti 2022-ci ilin sentyabrında iPhone telefonlarına gətirib. Bu funksiyanı öz telefonlarına əlavə edib-etməyəcəyinə qərar vermək Android telefon istehsalçılarının ixtiyarında olacaq. 

"Iridium" şirkəti 1997-ci ildə kosmosa ilk peyk telefonunu buraxıb. Şirkət 2019-cu ildə infrastrukturunu 75 yeni peyklə yeniləyib. 

Android istifadəçiləri 780 kilometr yüksəklikdəki bu peyklər vasitəsilə dünyanın istənilən nöqtəsindən mesaj göndərə və qəbul edə biləcəklər. Bu funksiyanın yaxın illərdə planşetlərə, noutbuklara və avtomobillərə əlavə ediləcəyi gözlənilir. 

Təxminlərə görə, nə vaxtsa bu funksiya sadəcə təcili mesajlarla məhdudlaşmayacaq, pullu xidmətə çevriləcək. İlon Maskın Starlink şirkəti də öz peykləri vasitəsilə internetə qoşulma xidməti təklif edir. Peyk vasitəsilə internetə qoşulma sürətli və etibarlı üsul olsa da, fiber kabellərlə qoşulmaqdan baha başa gəlir. 

Qeyd edək ki, Android telefonlarında bu funksiya bəzi ölkələr tərəfindən məhdudlaşdırıla bilər. Çünki Çin və Hindistan kimi ölkələrdə peyk telefonlarından istifadə qadağandır.

Malik Atilay

 





06.01.2023    çap et  çap et