525.Az

Məşhur nəşrin Nusretlə bağlı fotoşopu müzakirələrə səbəb oldu


 

Məşhur nəşrin Nusretlə bağlı fotoşopu müzakirələrə səbəb oldu<b style="color:red"></b>

Satirik məqalələr dərc edən Almaniyanın "Der Postillon" saytının duztökmə hərəkəti ilə dünyada məşhur olan türkiyəli aşpaz Nusret Gökçe ilə bağlı yayımladığı xəbər gündəm olub.

525.az Axşam.az-a istinadən xəbər verir ki, nəşr fotoşopla aşpazın Papa XVI Benediktlə vida mərasimində iştirak etdiyini əks etdirən görüntülər yayımlayıb və  "Vatikanda papanın dəfn mərasimində qalmaqal!" başlığını yazıb. 

Nəşr son günlər futbolçu Lionel Messi və onun komanda yoldaşları ilə şəkil çəkdirmək üçün dəridən-qabıqdan çıxan aşpazın hərəkətlərinə yumoristik yanaşaraq "Nusret cənazənin önündə məşhur duzsəpmə hərəkətini göstərərək foto çəkdirdi, daha sonra onun alnından öpdü. 45 dəqiqədən sonra mühafizə onu oradan uzaqlaşdırdı. Hazırda hadisə yerində olan təhlükəsizlik qüvvələrinin işi tənqid olunur" deyə, yazı dərc olunub.

Fotoşop qısa zaman ərzində sosial media seqmentində yayılaraq müzakirələrə səbəb olub. Bəzi izləyicilər şəklin həqiqətən çəkildiyini zənn ediblər. 

 





06.01.2023    çap et  çap et