525.Az

Almaniyada fabrik sifarişləri xeyli dərəcədə azalıb


 

Almaniyada fabrik sifarişləri xeyli dərəcədə azalıb<b style="color:red"></b>

Almaniyada zəifləyən qlobal iqtisadiyyat səbəbiylə fabrik sifarişləri 5.3 faiz azalıb.

525.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı müvəqqəti məlumatlara görə, yerli istehsal məhsullarına sifarişlər noyabr ayında əvvəlki ayla müqayisədə 5,3 faiz azalıb. Sözügedən azalma təxminən bir ilin ən kəskin azalması kimi qeydə alınıb.

Sifarişlər 2021-ci ilin noyabr ayı ilə müqayisədə 11 faiz azalıb. Sifarişlərin azalmasının əsas səbəbi xarici sifarişlərin kəskin azalmasıdır.

Qeyd edək ki, Almaniyada noyabr ayında daxili sifarişlər aylıq 1,1 faiz, xarici sifarişlər isə 8,1 faiz azalıb. Sözügedən dövrdə Avrozonadan yeni sifarişlər oktyabr ayı ilə müqayisədə 10,3 faiz, digər ölkələrdən Almaniyaya sifarişlər isə 6,8 faiz azalıb.

Fərid Sançar

 





06.01.2023    çap et  çap et