525.Az

Gənc bəstəkarların “CƏNNƏTİM QARABAĞ” konserti baş tutub


 

Gənc bəstəkarların “CƏNNƏTİM QARABAĞ” konserti baş tutub<b style="color:red"></b>

Respublika və Beynəlxalq müsabiqələr laureatları, gənc bəstəkarlar - Sevinc Kazımova, Ceyhun Yazlarlı və Qumru İmamverdiyevanın əsərlərindən ibarət “CƏNNƏTİM QARABAĞ” adlı konsert proqramı baş tutub.

525.az xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzində baş tutub. Konserti giriş sözləri ilə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedra müdiri, fəlsəfə elmləri doktoru, dosent Jalə Qulamova açıb.

Jalə Qulamova çıxışı zamanı üç gənc bəstəkarın həyat və yaradıcılığına, fəaliyyətlərinə toxunaraq onların ölkə daxili və ölkə xaricində qatıldıqları müsabiqələr, festivallar, müxtəlif uğurları haqqında məlumat verib. 

Konsertdə müxtəlif janr və üslublarda musiqilər ifa olunub; klassik və müasir musiqi, estrada və caz əsərləri  və s.

Gənclər və İdman Nazirliyi, Təhsil və Elm Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, musiqi məktəblərinin kollektivləri 3 saat davam edən tədbirdə xüsusi qonaq qismində iştirak ediblər.

Qeyd edək ki, konsertdə səslənən bütün əsərlər 3 gənc bəstəkarın yaradıcılığına aid əsərlərdən ibarət olub.

 





06.01.2023    çap et  çap et