525.Az

Tələbə nə məzunlar üçün virtual müəssisələr yaradılır


 

Tələbə nə məzunlar üçün virtual müəssisələr yaradılır<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tələbə və məzunların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və öz ixtisasları üzrə praktik bacarıqlara yiyələnmələri məqsədilə yaradılacaq virtual təcrübə müəssisələrinin təlimçiləri ilə görüş olub.

Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara malik olmalarında virtual təcrübə şirkətlərinin yaradılmasının əhəmiyyətindən söz açıb.
 
Qeyd olunub ki, ƏƏSMN və Dünya Bankının birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin alt-layihələrindən biri kimi, “Virtual müəssisələrin (Təcrübə firmalarının) yaradılması və fəaliyyətə başlaması” layihəsi üzrə artıq Azərbaycan Dövlət İqtisad Universitetinin və Xəzər Universitetinin bazalarında belə müəssisələrin yaradılması işlərinə başlanıb.
Hazırda dünyanın bir çox ölkələrində yaradılan virtual təcrübə müəssisələri interaktiv tədrisi yaxşılaşdırmağa, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına və onları inkişaf etdirməsinə yönəlib. Tələbə və məzunlar virtual təcrübə müəssisələrində özlərini sanki real iş yerində olduğu kimi hiss edərək, öz ixtisaslarını praktik şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Layihə eyni zamanda biznes vərdişlərinə yiyələnmə sahəsində tələbə və məzunlar arasında rəqabət mühitini formalaşdıracaq.
 





02.07.2014    çap et  çap et