525.Az

"Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda dəyirmi masa keçirilib


 

"Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda dəyirmi masa keçirilib<b style="color:red"></b>

Dünən "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi "Mətbuat Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda dəyirmi masa keçirib. Tədbir qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsi çərçivəsində sayca üçüncü-sonuncu toplantıdır.

 "Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə dil probleminə kompleks yanaşılmasının vacibliyini önə çəkib. Azərbaycan prezidentinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamında söz açan R.Hüseynzadə vurğulayıb ki, sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək əsas götürülür, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilir.

Layihədə ekspert qismində çıxış edən "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, son onilliklərdə cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Ancaq ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin şahidi oluruq. Layihə bu kimi məsələlərin aradan qaldırılmasına dəstək vermək üçün reallaşdırılır.

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, dilə yanaşma məsələsində müsbət nəticələrin əldə olunması üçün ictimai təşkilatların üzərinə böyük missiya düşür.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət daha çox tele-radio məkanında dil xətalarına yol verildiyini diqqətə çatdırıb.

Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva dilə yanaşma məsələsinin önəmindən bəhs edərək bildirib ki, jurnalistika fakultəsində qabiliyyət imtahanı mexanizminin tətbiqi mövcud istiqamətdə əsaslı irəliləyişlər üçün nikbinlik yaradır.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayıb ki, dil normalarının qorunmasında dövlətin rolu ilə yanaşı, hər bir vətəndaşın üzərinə düşən missiya da önəmlidir.

Çıxış edənlərdən uzun müddət dövlət radiosunda çalışmış jurnalist İntiqam Mehdizadə, Qərb Universitetinin müəllimi Akif Şahverdiyev, hərbçi jurnalist İbrahim İsgəndərov başqaları "Zərdabi Mətbuat Mərkəzi" İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın olduğunu vurğulayıblar.

 





02.07.2014    çap et  çap et