525.Az

İranda daha 2 nəfər edam edilib


 

İranda daha 2 nəfər edam edilib<b style="color:red"></b>

İranda nümayişlər zamanı Kerac şəhərində mühafizəçini öldürmək ittihamı ilə edam cəzasına məhkum edilən Məhəmməd Mehdi Keremi və Seyid Məhəmməd Hüseyni edam edilib.

525.az xəbər verir ki, Elbrus vilayətinin Kərəc şəhərində keçirilən nümayişlərdə İnqilab Keşikçiləri Ordusunun Beşiç milislərinin üzvü Seyid Ruhullah Acemyanın qətlində əli olmaqda ittiham olunan Keremi və Hüseyni edam edilib. Noyabrın 3-də Tehran yaxınlığındakı keracda keçirilən nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücumda bir əsas üzvü bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən 16 nəfər mühakimə olunmuş, təqsirləndirilənlərdən 5-i mühafizəçilərə hücum etmək və ictimai asayişi pozaraq dünyada fitnə-fəsad törətmək ittihamı ilə edam cəzasına məhkum edilmişdi. İş üzrə mühakimə olunan 11 müttəhimə uzunmüddətli həbs cəzası verildiyi bildirilmişdi.

Məhəmməd Tağıyev

 





08.01.2023    çap et  çap et