525.Az

VI Azərbaycan-Rusiya forumu Yekaterinburqda keçiriləcək


 

VI Azərbaycan-Rusiya forumu Yekaterinburqda keçiriləcək<b style="color:red"></b>

VI Azərbaycan-Rusiya forumu gələn yay Yekaterinburqda keçiriləcək. İTAR-TASS-ın yaydığı   məlumata görə, bu barədə Sverdlovsk vilayəti qubernatorunun İnformasiya siyasəti departamentindən bildiriblər. Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumunda jurnalistlərə demişdi ki, Rusiya altıncı foruma ev sahibliyi edəcək: "Yekaterinburq, İnquşetiya, Stavropol diyarı Dağıstan forumu keçirmək istəklərini bildiriblər".

Forumun humanitar-təhsil hissəsində iştirak etmiş Ural İqtisadi Universitetinin rektoru Mixail Fyodorovun sözlərinə görə, gələn il iki ölkə gənclərinin Böyük Vətən müharibəsində qazanılan qələbəni qeyd etməsi üçün məkan ayrılacaq. O qeyd edib ki, Yekaterinburq Rusiyada Azərbaycanla əmtəə dövriyyəsinin həcminə görə Moskvadan sonra ikinci şəhərdir: "Qərar Uralda böyük Azərbaycan diasporunun olması bu ölkə ilə geniş əlaqələrin mövcudluğu nəzərə alınmaqla qəbul edilib". Forum növbəli olaraq Azərbaycanda Rusiyada keçirilir. Forum Qəbələdən öncə Bakıda, Həştərxanda Volqoqradda təşkil edilib.

SAMİRƏ

 





02.07.2014    çap et  çap et