525.Az

"Azərbaycanda müasir standartlaşdırma sisteminin inkişafına dəstək" adlı seminar keçiriləcək


 

"Azərbaycanda müasir standartlaşdırma sisteminin inkişafına dəstək" adlı seminar keçiriləcək<b style="color:red"></b>

Bakıda "Tvinninq" layihəsi çərçivəsində növbəti seminar keçiriləcək. Bu barədə Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

İyulun 3- Bakı şəhərində Azərbaycan Standartlaşdırma,  Metrologiya Patent üzrə Dövlət Komitəsində Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Azərbaycanda müasir standartlaşdırma sisteminin inkişafına dəstək" adlı "Tvinninq" layihəsinin standartlaşdırma üzrə milli texniki komitələrin fəaliyyətinin gücləndirilməsi komponenti çərçivəsində ekspert Dr. M. Eqqertin "İSO-nun texniki komitələrinin fəaliyyəti" ilə bağlı təqdimatı bu mövzu ətrafında seminar keçiriləcək. Tədbirdə standartlaşdırma üzrə milli beynəlxalq komitələrin rolu məsuliyyəti, "güzgü komitələr" anlayışı, İSO-nun texniki komitələrinin "iştirakçı" (P-member) "müşahidəçi" (O-member) üzvlərinin səlahiyyətləri vəzifələri, İSO-da səsvermə proseduru digər mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə, həmçinin, ölkədə fəaliyyət göstərən standartlaşdırma üzrə texniki komitələrin nümayəndələri sahə üzrə mütəxəssislər iştirak edəcək.

SAMİRƏ

 





02.07.2014    çap et  çap et