525.Az

Azərbaycan peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb


 

Azərbaycan peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb<b style="color:red"></b>

Azərbaycanın "Azerspace-1" peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb.

Telekommunikasiya bazarındakı mənbənin verdiyi məlumata görə, "Azerspace-1" peyki ilə Rusiyanın "Mir 24", "Krusel", "TV Zvezda", "Europa Plus TV", STS, "TV 3 Russia", "Pətniüa", "Life News", "A-One", RU TV, "Mult", "Moskva Doverie" REN TV kanallarının yayımı həyata keçirilir. Azərbaycanın "Azərspace-1" peyki ilə yayımlanan TV radio kanallarının sayı 120-dən çoxdur. Peyk vasitəsi ilə kanalları izləmək üçün peyk antenaları bu cür qurulmalıdır: tezlik - 11169 MHz, sürət - 20400, polyarizasiya - Horizontal FEC - 5/6.

Qafqazda yegane peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış "Azərkosmos" ASC tərəfindən idarə edilən "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir Avropa, Afrika, Yaxın Şərq, Qafqaz Mərkəzi Asiya regionlarını əhatə edir.

SAMİRƏ

 





02.07.2014    çap et  çap et