525.Az

Sahibə Qafarova: "Ermənistanda terror düşüncəsindən uzaq qüvvələr varsa, onlar İlham Əliyevin nə deməyə çalışdığını dərk edirlər"


 

Sahibə Qafarova: "Ermənistanda terror düşüncəsindən uzaq qüvvələr varsa, onlar İlham Əliyevin nə deməyə çalışdığını dərk edirlər"<b style="color:red"></b>

"Ölkə Prezidenti İlham Əliyevin AŞPA-da çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərindən sonra əminəm ki, nəinki Ermənistanda, o cümlədən, onları dəstəkləyən, erməni diasporunun təsir altında fəaliyyət göstərən dairlərdə dərin ruh düşkünlüyü yaşanıb". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova dilə gətirib. Onun sözlərinə görə, Prezident İ. Əliyev digər məsələrdə olduğu kimi, bu problemin həllində erməni təbliğatını darmadağın etdi. S.Qafarova deyib ki, münaqişənin tarixi, Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, Ermənistanın bir dövlət olaraq yaradılması bu kimi digər məsələlərdə səsləndirdiyi təkzibolunmaz faktlar qarşısında ermənilərin deməyə sözü qalmadı. "Prezident bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Yəni, bu o deməkdir ki, bu gün Dağlıq Qarabağı ermənilərə bağlıyan heç bir əsas mövcud deyil. Prezident indiki Ermənistanın da tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan etdi bildirdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ona görə , hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec, ya tez isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar. Əlbəttə ki, Ermənistanda əgər sağlam, işğalçılıq, terror düşüncəsindən uzaq qüvvələr varsa, onlar Azərbaycanın Ali Baş Komandanının deməyə çalışdığını dərk edirlər".

KAMİL

 





02.07.2014    çap et  çap et