525.Az

İsveçrə Milli Bankı 143 milyard dollar zərər edib


 

İsveçrə Milli Bankı 143 milyard dollar zərər edib<b style="color:red"></b>

İsveçrə Milli Bankı (SNB) kapital bazarlarındakı yüksək dalğalanmalar səbəbindən ötən il 132 milyard İsveçrə frankı (143 milyard dollar) zərər gördüyünü açıqlayıb.

525.az xəbər verir ki, SNB-nin verdiyi açıqlamada Bankın valyuta və kapital bazarlarındakı yüksək dalğalanmalar səbəbindən ötən il 132 milyard İsveçrə frankı (143 milyard dollar) itirdiyi bildirilib. Sözügedən rəqəmin SNB-nin 115 illik tarixində ən böyük itki olması diqqət çəkib. Səhmlər və sabit gəlirli bazarların səhm və istiqraz portfeli dəyərini itirdiyi üçün SNB-yə zərərə çevrilib, İsveçrə frankının bahalaşması da Bankın gəlirlərinə mənfi təsir göstərib.

Qeyd edək ki, bank 2021-ci ildə 26 milyard İsveçrə frankı qazanacağını açıqlamış və 6 milyard İsveçrə frankı dividend paylaşmışdı.

Məhəmməd Tağıyev

 





09.01.2023    çap et  çap et