525.Az

İran parlamentinin sədri Azərbaycana səfər edəcək


 

İran parlamentinin sədri Azərbaycana səfər edəcək<b style="color:red"></b>

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

525.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri deyib: “Son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranmışdı. Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Qeyd edək ki, spikerlər Antalyada keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində görüşüb.

Ötən ilin noyabrında Məhəmməd Baqir Qalibafın Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

Pərvanə

 





10.01.2023    çap et  çap et