525.Az

Niderlandda inflyasiya 47 ilin ən yüksək səviyyəsinə çatıb


 

Niderlandda inflyasiya 47 ilin ən yüksək səviyyəsinə çatıb<b style="color:red"></b>

Niderlandda 2021-ci ildə 2,7 faiz olan illik inflyasiya enerji və ərzaq qiymətlərinin artması səbəbiylə keçən il 10 faizə yüksələrək 1975-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. 

525.az xəbər verir ki, Niderland Statistika İnstitutu (CBS) ölkənin 2022-ci il üçün inflyasiya məlumatlarını açıqlayıb. Məlumata görə, 2021-ci ildə 2,7 faiz olan illik inflyasiya keçən il 10 faizə yüksəlib. 

Beləliklə, 2022-ci ildə inflyasiya illik əsasda 1975-ci ildən bəri ən yüksək həddə çatıb. 2022-ci ildə inflyasiyanın artmasında enerji, yanacaq və ərzaq qiymətlərindəki artım təsirli olub.

Qeyd edək ki, Niderlandda enerji qiymətləri 2022-ci ildə əvvəlki ilə nisbətən 114 faiz artıb.

Malik Atilay

 





10.01.2023    çap et  çap et