525.Az

ABŞ-nin daha 2 ştatında "TikTok" qadağan edilib


 

ABŞ-nin daha 2 ştatında "TikTok" qadağan edilib<b style="color:red"></b>

ABŞ-nin Nyu-Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlardan Çin sosial şəbəkə platforması "TikTok"a giriş qadağan edilib.

525.az xəbər verir ki, Nyu Cersi qubernatoru Fil Murfinin ofisindən verilən açıqlamada "TikTok" sahibi "ByteDance"in Çin hökumətinə istifadəçi məlumatlarını təqdim edə biləcəyi ilə bağlı "milli təhlükəsizlik" narahatlıqlarının olduğu vurğulanıb. 

Ohayo qubernatoru mövzu ilə bağlı məlumat təhlükəsizliyi və kibertəhlükəsizlik təhdidlərinə də diqqət çəkib. Bu səbəblə hökumətə məxsus cihazlardan platformaya giriş qadağan edilib.

Qeyd edək ki, "TikTok" isə dövlətlərin müraciətlərinin əsassız olduğunu iddia edib. FTB direktoru Chrispother Vray noyabr ayında tətbiqin milli təhlükəsizlik riski yaratdığını dedikdən sonra "TikTok"a qadağa qoyulması çağırışları artıb.

Malik Atilay

 





10.01.2023    çap et  çap et