525.Az

NATO-Aİ əməkdaşlığı haqqında birgə bəyannamə


 

NATO-Aİ əməkdaşlığı haqqında birgə bəyannamə<b style="color:red"></b>

Stoltenberq bəyan edib ki, Avropa İttifaqı və NATO artan geostrateji rəqabət şəraitində tərəfdaşlıqlarını daha da gücləndirməklə bağlı qərarlıdırlar.

525.az xəbər verir ki, NATO ilə Aİ arasında əməkdaşlıq haqqında birgə bəyannamənin imzalanması mərasimindən sonra Stoltenberq Avropa Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə birgə mətbuat konfransı keçirib.

Konfransda o, İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı danışıb. Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinin Türkiyənin təsdiqi ilə tamamlanacağına inandığını bildirib.

Stoltenberq: "İsveç və Finlandiyanın üzvlük protokollarının tamamlanacağına və NATO üzvlərinin hamısının üzvlük protokollarını parlamentlərində təsdiqləyəcəyinə inanıram. Bu, Türkiyəyə də aiddir”, - deyə bildirib.

Stoltenberq, həmçinin İsveç və Finlandiyanın Madriddə keçirilən NATO Zirvə toplantısında terrorla mübarizədə əməkdaşlığa dair imzalanmış üçtərəfli memorandumda Türkiyə ilə razılaşdıqlarını da xatırladıb.

Bəzi NATO ölkələrinin, o cümlədən ABŞ-nin Finlandiya və İsveçə təhlükəsizlik zəmanəti verdiyini, NATO-nun bölgədəki varlığını artırdığını xatırladan Stoltenberq hazırda iki ölkənin rəsmilərinin NATO-nun bir çox səviyyələrdə keçirilən toplantılarında və fəaliyyətlərində iştirak etdiyini qeyd edib.

Fərid Sançar

 





10.01.2023    çap et  çap et