525.Az

"Azerbaijan Art Festival - 2014" layihəsi həyata keçiriləcək


 

"Azerbaijan Art Festival - 2014" layihəsi həyata keçiriləcək<b style="color:red"></b>

İyulun 1-dən 30-dək "Baku Creative Center"in təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi "Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə "Azerbaijan Art Festival - 2014" layihəsi keçiriləcək. "Baku Creative Center"dən verilən məlumata görə, layihə turne şəklində Azərbaycanın bölgələri üzrə icra ediləcək. Turne ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkaran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax Ağstafa rayonlarını əhatə edəcək bu regionlarda sərgilər rəssamlar tərəfindən ustad təşkil olunacaq.

Bu ilki festivalın özəlliyi onun interaktivliyindədir. Rəssamlarla insanların bir-biri ilə daha yaxın asan ünsiyyət qurması məqsədilə "Azerbaijan Art Festival - 2014" layihəsində ustad dərsləri sərgi zamanı keçiriləcək.

"Azerbaija Art Festival - 2014" layihəsinin iştirakçıları Novruz Məmmədov, Fərəc Rəhmanov, Erkin Ələkbərli, Lamiyə Mehdiyeva, Gülnarə Kuzukova olacaq. Layihənin açılışı münasibətilə iyulun 1- Bakı Biznes Mərkəzində mətbuat konfransı keçiriləcək.

S.ABDULLAYEVA

 





02.07.2014    çap et  çap et