Azərbaycan Böyük Britaniya ilə bu ölkənin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakını müzakirə edib.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" səhifəsində bildirib.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
çap et