525.Az

Haaqadakı Dünya Qardaşlıq Festivalına Azərbaycan da qatılıb


 

Haaqadakı Dünya Qardaşlıq Festivalına Azərbaycan da qatılıb<b style="color:red"></b>

Niderland Krallığının ikinci böyük şəhəri olan Haaqada yaşayan xalqların öz mədəniyyətlərini nümayiş etdirmələri üçün dünya qardaşlıq festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, tədbirdə Azərbaycanı "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi təmsil edib. Təşkilat festivalda ölkəmizin mədəniyyətinə, tarixinə, adət-ənənələrinə aid kitab, buklet, suvenirlərlə zəngin stend qurub.  Stenddə Qarabağ haqqında kitablar rəsmlər, suvenirlər digər xalqların nümayəndələrində maraq doğurub. Festivalda Haaqa-Azərbaycan Məktəbinin kiçik yaşlı şagirdlərinin milli rəqslərimizi ifa etmələri alqışlarla qarşılanıb.

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, festival boyu stendə yaxınlaşan insanlara Azərbaycan, Qarabağ haqqında həqiqətlər barədə məlumat verilib, onlara Qarabağ müharibəsini əks etdirən ingilis dilində kitablar təqdim olunub. Festival Haaqa Şəhər Bələdiyyəsinin təşəbbüsü Haaqada fəaliyyət göstərən bir çox xalqların icmalarının təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilat qrupuna daxil olan "Ana Vətən" Birliyinin sədri M.Ağamirzəyeva Hindistandan olan təşkilat rəhbəri ilə birgə festivalda aparıcılıq edib.

S.ABDULLAYEVA

 





02.07.2014    çap et  çap et