525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> İyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcəyədək isti olacaq.
 
Azərbaycanın rayonlarında isə sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
 
 





02.07.2014    çap et  çap et