525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 Ərinin bir qəşəng əmisi oğlu var idi. İzabellanın nəcib keyfiyyətləri onu vəcdə gətirirdi və o, qıza vurulmuşdu. Bu, onu İzabellanın məşuqu etdi və qızın məhkum edilməsinə səbəb oldu. Namus motivi adətinə müvafiq olaraq qız öz qardaşı və əri tərəfindən sanksiyaya məruz qaldı. Onların hər ikisi arasında ambivalent saziş bağlandı və onun nəticəsi kimi onlar bu gözəl qız barədə ölüm hökmünün çıxarılmasına nail oldular. İzabellanın ərinin öz arvadının ölüm anını mütləq görəcəyini hiss edən qızın qardaşı, bacısını nəzakətlə Serrato Quldiyə məxsus olan villaya dəvət etdi və onu məcbur etdi ki, gecəni villa sahibinin yatağında keçirsin. Bu biabırçı və qeyri-adi tələb İzabellanı çox şübhələndirdi və qız yataq otağına girəndə öz ərinin intiqam saçan əli ilə boğuldu və qətl nəticəsində həyatı tərk etdi.

Françesko hər iki cinayəti Eleanor və İzabellanın zinakarlığına qarşı namusu qorumaq cinayətləri kimi qiymətləndirərək, bu əsasda işin mühakimə edilməsinə nail oldu.

Françesko həyatı sevirdi, bu, demək olar ki, həzzə vurğunluğa bərabər idi. Onun başını qeyri-adi gözəlliyə malik olan Blanka Kapello adlı venetsiyalı kübar bir qadın elə gicəlləşdirmişdi ki, Françesko onu sitayiş obyektinə, kumirə çevirmişdi. Qız ata evindən florensiyalı cavan bir kasıb oğlanla qaçmışdı, hətta buna görə həmin adamın öldürülməsi üçün qatilə iki min florin məbləğində mükafat da vəd edilmişdi. Bu diribaş oğlan isə hətta saraya da daxil olmağı bacarmışdı və onu elə sarayda da öldürmüşdülər.

Françesko hətta arvadının yanında da öz məşuqəsi Blanka ilə eşq oyunlarına girişirdi. İki ay sonra, 1579-cu ildə Hersoqun arvadı öldü. Françesko yeni nikahını tam gizli şəkildə bayram etdi və sonrakı ilin oktyabrında bu nikah ictimai qaydada bağlandı. Blanka Toskana Böyük Hersoginyasına çevrildi və bu mövqeyini doqquz il ərzində saxladı.

1587-ci ilin oktyabrında Blanka və Françesko birlikdə Poccioya getdilər. Burada Böyük Hersoqu soyuqdəymə ilə isitmə tutdu. O tələb etdi ki, onu yalnız öz dərmanları ilə müalicə etsinlər. Onların isə səmərəli olmadığı, hətta təhlükəli olduğu əvvəlcədən bilinirdi və həmin dərmanlar onu ölümə yaxınlaşdırdı.

Blanka da isitmə xəstəliyi keçirdi, Françesko oktyabrda öləndə, bu qadın altı gün idi ki, əzab çəkirdi. Ərinin başına gələnləri öyrəndikdən sonra özü də vur-tut 11 saat fasilə ilə ərinin arxasınca o dünyaya yollandı.

Ferdinando bu vaxt onların olduğu Kajano villasına göndərildi ki, bir sıra siyasi məsələlər üzrə qardaşının razılığını alsın. Qardaşlar arasında münasibətlər o qədər də yaxşı deyildi və Françeskonun ölümü Ferdinandoya taxt-tac təklifi ilə nəticələndi. Bir şayiə də gəzirdi ki, onu öz qardaşı və qardaşının arvadı zəhərləmişdir. Hadisənin sənədləri bu ittihamı sübut etmir, Böyük Hersoqu və Böyük Hersoginyanı təbii ölümə aparan bir xəstəliyin olduğunu təsdiq edir.

Dünyəvi həyata meyl edən Françesko öz maraqlarını izləməyə qadir olmamaqla, Vekkio sarayında yeni kiçik otaq sifariş vermişdi. Kiçik kabinetlər nadir və maraqlı obyektlərlə dolu idi. Otağın dizaynı dörd elementi - yeri, suyu, havanı və odu təsvir edirdi. Rəssamlar içərisində Vazari də var idi. Françesko sonralar 1583-cü ildə flamand heykəltaraşının "Sabinli qadınların oğurlanması" heykəl qrupunu burada qoydurmuşdu. O, büllur əşyaları və qiymətli daşları çox sevirdi. Şərq farforunun (çini qablarının) istehsal texnologiyası onun himayəsi altında tətbiq və inkişaf etdirilirdi. Nəticədə, Mikelancelonun "Dustaqlar" heykəlinin Boboli bağlarının mağarasında qoydurdu. Burada qaya qəlpələri, balıqqulağılar və salaktitlər təəssürat bolluğu ilə bir səhnə effekti yaradırdı.

 

Böyük Hersoq Ferdinando

 

I Ferdinando 1583-cü ildə 14 yaşında olarkən kardinal edilmişdi, 1587-ci ildə qardaşı öldükdə özünə varis qoymadığından, yenidən kardinallıqda qalmaqla Böyük Hersoqa çevrilmişdi.

Ferdinando Romadakı papa sarayında keçirdiyi illər ərzində siyasətçi və diplomat istedadına yüksək dərəcədə yiyələnmək instinktlərini nümayiş etdirirdi.

Kilsəyə xidməti onda böyük inam yaratmışdı, o, dövrün xronikalarında lazım olanları istifadə etmək üçün araşdırırdı. İstəyirdi ki, papanın gələcəyi barədə, demək olar ki, daha dəqiq düşüncələrə malik olsun.

Nəhayət, 1587-ci ildə Böyük Hersoq taxtına qalxanda, o, Florensiyanın müttəfiqlərini dəyişməyi qərara aldı, İspaniya ilə əlaqəni zəiflədib, Fransa ilə əlaqələri gücləndirdi. O, həmçinin, fransız kralının kraliçası Katerina Mediçi ilə əlaqəni qoruyub saxladı və onun nəvəsi Kristina Lotaringiyalıya evləndi. Razılaşdırıldığı kimi, nikah bayram edildi. Nişanlanmadan iki il sonra da daxili münaqişələr və Avropa müharibələri öz yolu ilə getdiyindən, toyun baş tutması müşkül bir işə çevrildi.

Ferdinandonun hökmranlığı 22 il çəkdi. Böyük Hersoqun şüarı: "Yalnız ləyaqətlə!" idi, o, vətəndaşlarla sülh şəraitində yaşamaq istəyirdi. Vətəndaşların inancına uyğun olaraq mülki institutları bərpa etdi. O, özündən başlayaraq, Avropanın hökmdar evləri ilə uğurlu nikahlar təşkil etməklə, ailənin qüvvəsini möhkəmləndirmək niyyəti yolunda fəal iş aparırdı. Beləliklə, Qədim Roma dövlət xadimlərinin ənənəsi bərpa olunmaqla, öz ölməzliyini göstərirdi.

Bu imkandan istifadə edilməklə, 1605-ci ildə Alessandro de Mediçi pontifik taxt-tacına seçildi. Alessandro XI Leo adını daşıdı. Ferdinando ailənin üzvünü bir daha papa taxt-tacına seçdirməyi bacarmışdı. Ona həsr olunmuş bir yazıda deyilirdi: "Ürək düzgün istiqamətə yönəlmişdir".

Gözlənilmədən 1609-cu ildə öldü, bu vaxt o, hakimiyyətin yüksəkliyində idi.

Ferdinando canlı mədəni maraqlara malik idi. Romada olduğu erkən vaxtlarda o, mühüm himayəçiyə çevrilmişdi, öz villasına qədim heykəlləri yığmışdı və digərlərini Florensiyaya, qardaşı Françeskoya göndərmişdi.

Nəhayət, o, taxt-taca yiyələndikdə şəhərin gözəlləşdirilməsinə xüsusi fikir verdi. I Kozimonun heykəlinin pyedestalını freskalarla bəzətdirmişdi. Ferdinandonun şərəfinə üç şəhərdə heykəllər qoyuldu. O, əsərlərin Böyük Hersoqun razılığı olmadan şəhərdən çıxarılmasını qadağan edən qanunun qəbul edilməsini təklif etdi.

Belveder Forta malik olmaqla yanaşı, onun daha böyük planları var idi. Braziliyanı işğal etmək üçün ekspedisiya maliyyələşdirmişdi ki, Yeni Dünyada da Florensiya üçün dayaq nöqtəsi yaratsın.

O, Piza universitetinin inkişaf etdirilməsinə maraq göstərirdi, Qalileo Qalileyi matematiklərin başçısı təyin etmişdi.

 

Kraliça Katerina Mediçi

 

Fransa dini müharibələr hesabına hissələrə parçalananda, "İtalyanlar ağıllı qaydada və müdrikcəsinə işləyirdilər ki, qeyri-sabit olan monarxiyanı tarazlıqda saxlasınlar". Katerina Mediçi Fransa kralının kraliçası kimi bu sahədə xüsusi fəallıq nümayiş etdirirdi.

Katerina 1519-cu ildə Florensiyada anadan olmuşdu. Onun xaç suyuna çəkilməsində müxtəlif kübarlar iştirak etmişdilər. Lakin bu böyük tədbirdə onun valideynləri yox idi. Atası, Urbino hersoqu Lorentso və anası Madelena bu vaxt ümidsiz vəziyyətdə idilər və hər ikisi çox keçməmiş öldü. Atası vərəmdən, lakin həm də çoxlarının iddiasına görə, əslində, bu ölümdə sifilis səbəbi də var idi, anası isə isitmədən ölmüşdü. Lorentsonun oğlu yox idi, varisi yeganə qızı Katerina idi.

Yetim qalan körpə, Alfonsina Orsinin qayğısına sığınmaqla, Romadakı nəsil sarayında sığınacaq tapmışdı. Lakin bədbəxtlikdən, bu qoca qadın da tezliklə öldü. Bu vaxt körpənin hələ bir yaşı da tamam olmamışdı. Praktiki olaraq balaca Katerinanı Filippo Strottsinin arvadı Klarisa de Mediçi qızlığa götürdü. Ona görə də uşaq Strottsi sarayına köçdü. Klarisa Katerinaya öz qızı kimi münasibət bəsləyirdi, baxmayaraq ki, öz uşaqları da var idi və onlar analarının ömrünün qalan hissəsində ona çox yaxın olaraq qaldılar. 1525-ci ildə Katerinanın 6 yaşı olanda, Florensiyaya qayıtdı.

VII Klement Katerinanın anasının vaxtilə Fransada tərk etdiyi yerdə olan əmlaklarının müəyyən edilməsi üçün, oraya bacarıqlı diplomat və bank eksperti olan Roberto Aksianuolini göndərdi ki, nəvəsinin maraqlarını müdafiə etsin. Nəticədə razılıq əldə edildi ki, onun ana tərəfdən dayısı olan Albani hersoqundan əmlaklar alınsın. Çünki o, bu vaxta qədər ailənin heç bir nəzarəti olmadan onlardan istifadə etmişdi. Lakin təhlükə törədən buludlar gənc qızın üfüqündə yenidən toplaşırdı.

 Qorxulu illər, elə bil ki, onu pusquda gözləyirdi. 1527-ci illə 1530-cu il arasında qız Romanın qarət edilməsindən birbaşa olmasa da, əzab çəkməli olmuşdu. Klementin təzyiqi ilə onun üzərinə müstəsna dərəcədə sərt şərtlər qoyulmuşdu. Nəticədə, papanın hakimiyyətini nüfuzu zəiflədikdə, antimediçi ruhlu florensiyalılar qeyri-real qaydada hərəkət etməyə başladılar. Lakin bu, respublikanın geri dönməsi üçün heç də faydalı deyildi. 1529-1530-cu illərdə şəhər imperiya ordusunun mühasirəsində olanda, onlar həm ədalətə, həm də şərəf hissinə malik olmadıqlarından Katerinanı qiymətli əsir kimi götürmək istədilər və bildirdilər ki, xalası Klarisa Strottsidən başqa onun heç bir himayə edəni yoxdur.

Klarisa Mediçi ailəsinin düşmənlərinin pis niyyətindən agah olduqda Katerinanın Dominikan qadın monastırında saxlanmasına nail oldu. Mühasirənin ötən hər günündə gənc qız təhlükədə idi, çünki şəhəri mühasirə edən düşmənlərin nifrəti həm də birbaşa ona yönəlmişdi. Çünki ona Mediçi ailəsinin varisi kimi baxırdılar, onu dəyişdirə və ya ona şantaj edə bilərdilər.

Düşmənlərinin belə bir planı da var idi ki, onu şəhərin divarlarından assınlar, çünki mühasirə edən ordunun artilleriyası bu divarlara atəş açırdı.

Alternativ olaraq nəzərdə tutulurdu ki, onun yeniyetmə qız bədəni əsgərlər tərəfindən təhqir ediləcəkdir, bu əsgərlər isə qoşunlara Florensiyanın özündən yığılmışdı.

1530-cu ildə şəhər papaya təslim olanda, Katerina bir aylığa San Qallo monastırına köçdü, sonra VII Klement, nəhayət, onun yenidən Romaya qayıtmasını istədi. Bu vaxt qızın 12 yaşı var idi.

14 yaşında ona ilk elçilik edilməsi halı meydana çıxdı. Ona evlənmək istəyən namizədlərin arasında Şotlandiya kralı, Mantuya hersoqu və Milan hersoqu da var idi. Lakin 1532-ci ildə papa VII Klement və Fransa kralı I Fransisk artıq razılaşmışdılar ki, onu kralın ikinci oğlu Henri Orleanlıya ərə versinlər.

Katerinaya doğma şəhərinə qayıtmağa da icazə verildi, sonra o, təzə gəlin kimi gəmi ilə Marsel limanına üzdü, orada onu 70 gəmi limanda dayanıb gözləyirdi. Göyərtəsində olduğu gəminin yelkənləri qırmızı rəngdə idi, göyərtənin özü isə al qırmızı satindən olan çadırla örtülmüşdü. 1533-cü ilin oktyabrında Katerina Marsel kafedral kilsəsində Henriyə ərə getdi. Papa VII Klement təntənədə rəsmən iştirak edirdi.

Katerina 100 min qızıl skudo məbləğində cehiz gətirmişdi. 50 mini nağd şəkildə idi, qalan hissə isə əmlak vasitəsilə ödəniləcəkdi. Müstəsna dərəcədə varlı bankir olan Filippo Strottsi VII Klementə söz vermişdi ki, cehizin məbləğini yuxarı qaldıracaqdır. Strottsi sonralar şikayətlənirdi ki, onun borc verdiyi pullar heç vaxt bütöv şəkildə geri qayıtmadı və o deyirdi ki, faktiki olaraq Katerinanın cehizinin bir hissəsini şəxsən onun özü ödəmişdir.

Katerinanın Fransada debütü, əlbəttə, o qədər də yaxşı deyildi, heç də əlverişli hesab edilə bilməzdi. O, əcnəbi bir qız kimi, monarx nəslindən olmadığına və tacirlərin törəməsi olduğuna görə populyar ola bilməzdi. Ona şübhə ilə baxırdılar, çünki o, Florensiyadan özü ilə bir neçə qadın gətirmişdi, onlar da özlərini saray əhlinə alternativ kimi göstərmək istəyirdilər. Qulluqçu qızlar ancaq özlərini ona həsr edirdilər. O, özünün yenilməz xarakterini göstərməkdən qalmırdı və əlbəttə ki, həqiqətən də, belə xarakterə malik idi. Üstəlik, o, klassik Renessans qadını kimi davranırdı, ruhi və dini problemlərlə fəal məşğul olurdu. Yəqin ki, monastır tərbiyəsi də özünü büruzə verirdi. Vaxtının xeyli hissəsini kral I Fransiskin bacısı ilə keçirirdi. Lakin adamların çoxu Katerinanın iti ağlını başa düşmürdü.

(Ardı var) 

 

 

 





11.01.2023    çap et  çap et