525.Az

Şahbaz Şərif Azərbaycana təşəkkür edib


 

Şahbaz Şərif Azərbaycana təşəkkür edib<b style="color:red"></b>

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana təşəkkür edib.

525.az xəbər verir ki, bu barədə Baş nazir “Twitter“ hesabında paylaşım edib.

“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də bəşəriyyətə olan inamımızı bərpa edir”, - deyə Baş nazir paylaşımında qeyd edib.

Xatırladaq ki. Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib.

Çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyünü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyini qeyd edib.

 





12.01.2023    çap et  çap et