525.Az

Monitorinq insidentsiz keçirildi


 

Monitorinq insidentsiz keçirildi<b style="color:red"></b> Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə,  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilən monitorinq insidentsiz başa çatıb.
 
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirib.
 





02.07.2014    çap et  çap et