525.Az

Prokuror 3 dayısını yandırana ömürlük cəza istəyib


 

Prokuror 3 dayısını yandırana ömürlük cəza istəyib<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses iyulun 7-də davam etdiriləcək.
 
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.
 





02.07.2014    çap et  çap et