İsveçin Baş naziri Ulf Kristersson bir müddət əvvəl “Türkiyə bizdən verə bilməyəcəyimiz şeylər istəyir” açıqlamaları ilə gündəm olmuşdu. NATO-ya üzvlük üçün Ankaranın təsdiqini gözləyən ölkə lideri: "Sözlərim səhv başa düşüldü", - deyərək geri addım atıb.
525.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson bir müddət öncə etdiyi çıxışı ilə gündəm olmuşdu. Ancaq, Kristersson "geri addım atıb". O, Türkiyənin tələbləri ilə bağlı açıqlamalarını "yanlış başa düşdüklərini" söyləyib.
Ulf Kristersson “Bizim verə bilmədiyimiz şeyi istəyirlər” deyərkən Türkiyənin ekstradisiyasını tələb etdiyi şəxslərlə bağlı məhkəmə qərarlarını nəzərdə tutduğunu vurğulayıb.
Paytaxt Stokholmda jurnalistlərin suallarını cavablandıran Ulf Kristersson ölkəsinin terrorla mübarizə qanunlarını gücləndirdiyini xatırladıb. Habelə o bildirib ki, Türkiyə ilə NATO-ya tamhüquqlu üzvlük müraciəti ilə bağlı danışıqlar uğurla davam edir.
İsveç Baş naziri Kristersson Türkiyənin terrordan ən çox təsirlənən ölkələrdən biri olduğuna da diqqət çəkib: “Biz söz verdiyimizi edirik, xüsusən də terrorla mübarizə sahəsində", - deyə o bildirib.
Fərid Sançar
çap et