525.Az

Britaniya və ABŞ-da tətillər böyüyür


 

Britaniya və ABŞ-da tətillər böyüyür<b style="color:red"></b>

Britaniyada avtobus sürücüləri və dəmiryol işçiləri növbəti dəfə işi dayandırıblar. Hökumət xərclərin artması səbəbindən tətillərin qarşısını ala bilmir. ABŞ-ın Nyu-York şəhərində isə 7 mindən çox tibb bacısının tətili davam edir.

525.az xəbər verir ki, Böyük Britaniyada hər gün fərqli sektor işçiləri tətillər edir. Ölkə enerji xərclərinin və inflyasiyanın artması səbəbindən tətil dalğasındadır. Dəmiryolçular və avtobus sürücüləri yenidən iş yerlərini tərk ediblər. Fevralın 1-də təxminən 100 min məmurun tətil edəcəyi bildirilib. Dövlət işçiləri daha yüksək əmək haqqı və daha yaxşı iş şəraiti tələb edir.

ABŞ-ın Nyu-York şəhərində isə tibb bacılarının tətili keçirilir. İki böyük səhiyyə müəssisəsində çalışan 7 mindən çox tibb bacısı və tibb işçisi işlərini tərk edib. Belə ki, tətilin üçüncü günündə şəhərdə etiraz nümayişi keçirilib. Səhiyyə rəsmiləri xəstəxanalardakı kadr çatışmazlığının həllini və maaşların yaxşılaşdırılmasını tələb edirlər.

Məhəmməd Tağıyev

 





12.01.2023    çap et  çap et