525.Az

Ölkə ərazisində 83 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb


 

Ölkə ərazisində 83 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən 525.az-a bildirilib ki, indiyədək ölkə ərazisində 83 min 216 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan çox olub ki, bu da əvvəlki illə müqayisədə 4,1 milyard manat və ya 26,6 faiz çoxdur.

 





13.01.2023    çap et  çap et