525.Az

Yeni Zellandiya qadağan olunmuş adları açıqlayıb


 

Yeni Zellandiya qadağan olunmuş adları açıqlayıb<b style="color:red"></b>

Yeni Zelandiyanın Daxili İşlər Nazirliyi 2022-ci ildə seçilən ən populyar körpə adlarının siyahısını və valideynlər tərəfindən ən çox seçilən, lakin səlahiyyətlilər tərəfindən icazə verilməyən adları açıqlayıb. 

525.az xəbər verir ki, ən çox rədd edilən adlar siyahısına 2009-cu ildən bəri Yeni Zelandiyada bir nömrəli olan Kinq gəlir. Keçən il ölkədə səlahiyyətlilər ümumilikdə doqquz dəfə bu adı rədd edib. 

2022-ci ildə rədd edilən digər adlar arasında səkkiz dəfə rədd edilən Saint,  Kral, Messiah, Prince və ya Princessa, Sovereigen və Sire daxildir. 

Siyahıda, həmçinin keçən il ən azı bir dəfə rədd edilən Duke, Empres, General, Justice, Major, Queen, Rogue, Royale və Souliyah kimi adlar da var. 

Yeni Zelandiya qanunvericiliyini əsas gətirən məmurlar valideynlərə yeni doğulmuş körpəsi üçün ad seçərkən söyüş, rəsmi adlar, rəqəmsal simvollardan istifadə etməməyi və 70 simvoldan çox olmamasını tövsiyə edir. Bu meyarları pozan adlar qeydiyyatçı tərəfindən ayrı-ayrılıqda nəzərdən keçirilir. 

2022-ci ilin ən populyar kişi adları arasında ardıcıl onuncu ildir ki, Oliver siyahıya başçılıq edir. Növbəti ən məşhur adlar Noah və Leo olub. Qızlara ən çox verilən adlar müvafiq olaraq İsla, Amelia və Şarlotta olub.

Malik Atilay

 





13.01.2023    çap et  çap et