525.Az

Gürcüstan vasitəçilik səylərində səmimidir, amma... - Kənan Novruzov yazır


 

Gürcüstan vasitəçilik səylərində səmimidir, amma... - <b style="color:red">Kənan Novruzov yazır</b>

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dünən  İrəvanda Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşündə ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu təsdiqləyib.

O, əvvəllər də bir neçə dəfə vasitəçilik təşəbbüsü ilə çıxış edib. 

Əslində Tbilisi bu səylərində səmimi ola bilər. Çünki region ölkəsi olan Gürcüstan həm Azərbaycan, həm də Ermənistanla qonşudur. Üstəgəl, Gürcüstanın hər iki tərəflə normal münasibətləri var. Deməli, sülh və sabitlik Gürcüstanın da marağındadır. 

Həmçinin nəzərə almaq lazımdır ki, bu gün Cənubi Qafqazdakı təsir gücü uğrunda böyük qüvvələr, o cümlədən Rusiya və Qərb arasında mübarizə gedir. Belə bir vəziyyətdə Cənubi Qafqazdakı qeyri-sabitlik Azərbaycan və Ermənistan kimi, Gürcüstana da sərf etmir. Çünki regionu kənar təsirlərdən qorumağın ən yaxşı yolu burada təhlükəsizliyi təmin etmək, həmçinin ortaq maraqlar, o cümlədən regional əməkdaşlıq idealı ətrafında birləşməkdir.

Üçüncüsü, Gürcüstan xüsusilə Rusiyanın regionda möhkəmlənməyini istəmir. Və başa düşür ki, bunun qarşısını ancaq bölgədə sülhün təmin etməklə almaq olar. 

Amma Tbilisinin vasitəçilik imkanları kifayət qədər deyil. Ən əsas məsələ budur ki, böyük güclər, o cümlədən Aİ və Rusiya Gürcüstanın vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına imkan verməzlər. Buna baxmayaraq, Gürcüstanın gələcəkdə müxtəlif səviyyələrdə, o cümlədən xarici işlər nazirləri səviyyəsində görüşə ev sahibliyi etməsi mümkündür. 

 





13.01.2023    çap et  çap et