525.Az

Xalq Yazıçısı Anardan açıqlama


 

Xalq Yazıçısı Anardan açıqlama<b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar onun adından mətbuatdan yazılanlara cavabdeh olmadığını bildirib.

525.az-ın AYB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xalq yazıçısı deyib ki, dediklərinin qərəzli şəkildə təhrif edildiyi, ucuz sensasiya xətrinə sözlərini konteksdən çıxarıb, öz məqsədlərinə uyğun şəkildə təqdim etdikləri üçün müəyyən mətbuat orqanlarına və bəzi saytlara müsahibə verməyəcək.

Birlik sədri əlavə edib ki, “Özlərinə zəhmət verib təxribatçı suallarla mənə müraciət etməsinlər, cavab almayacaqlar”
 





02.07.2014    çap et  çap et