525.Az

BŞİH Hacıbala Abutalıbovun oğlunun həbsi barədə məlumatlara münasibət bildirib


 

BŞİH Hacıbala Abutalıbovun oğlunun həbsi barədə məlumatlara münasibət bildirib<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də İ. Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: “İsrafil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır”.
 
Xatırladaq ki, bəzi KİV-də MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə məlumatlar yayılıb. 

 





02.07.2014    çap et  çap et