525.Az

Baş nazirin müavini Minsk qrupundan narazılıq etdi


 

Baş nazirin müavini Minsk qrupundan narazılıq etdi<b style="color:red"></b> Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.

Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanla İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın real durumu, onların problemlərinin həlli istiqamətində dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq görülmüş işlərdən söhbət açılıb.

“Lakin eyni zamanda münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələ də həllini tapmadığından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, problemin həllinə ikili mövqedən yanaşmaları nəticəsində ədalətsizliyin baş alıb getdiyindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkir”.
 
Ümumiyyətlə, münaqişənin həlli yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmamasından, işğalçı Ermənistana lazımi təzyiq göstərilməməsindən, bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən də çoxdur ki, tapdanmış hüquqlarının bərpasına laqeyd münasibətdən narahatlıq ifadə olunaraq bildirilib ki, İsrail Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daim dəstəkləməklə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olub və bu gün də həmin mövqedən çıxış edir.
 





02.07.2014    çap et  çap et