525.Az

Vaxtanq Kikabidze vəfat edib


 

Vaxtanq Kikabidze vəfat edib<b style="color:red"></b>

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.

525.az xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.

Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

 





15.01.2023    çap et  çap et