525.Az

Cavanşir Feyziyev: “Mətbuat Muzeyinin yaradılması haqda qərar payızda qəbul ediləcək”


 

Cavanşir Feyziyev: “Mətbuat Muzeyinin yaradılması haqda qərar payızda qəbul ediləcək”<b style="color:red"></b>

“Yay mövsümü olduğundan Mətbuat Muzeyinin yaradılması məsələsini geniş müzakirə etməmişik. Hələlik ancaq ictimai müzakirələr gedir, mütəxəssislər öz fikirlərini mətbuatda bildirirlər. Çox güman ki, yayın sonunda Mətbuat Şurasının İdarə Heyətinin iştirakçıları arasında bu məsələni müzakirə edəcək və yekun qərarlarımızı qəbul edəcəyik”.

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.

Xatırladaq ki, bir müddət əvvəl o, Azərbaycanda Mətbuat Muzeyinin yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Təklifə görə, muzey təkcə Azərbaycanın deyil, ümumiyyətlə Türk Mətbuatı Muzeyi ola bilər: “Çünki Azərbaycanda 139 il əvvəl mətbuat yaranıb. Başqa türk ölkələrində bir il gec, bir il tez, yəni təxminən eyni zamanlarda yaranıb”.

 





02.07.2014    çap et  çap et