525.Az

Yaponiya qardan elektrik enerjisi istehsalı üçün tədqiqatlar aparır


 

Yaponiya qardan elektrik enerjisi istehsalı üçün tədqiqatlar aparır<b style="color:red"></b>

Yaponiyanın şimal-şərqindəki Aomori şəhərində qardan bərpa olunan elektrik enerjisi istehsal etmək üçün tədqiqatlara başlanılıb.

525.az xəbər verir ki, güclü qarın yaşandığı Aomori şəhərində qartəmizləyən maşınlar və yük maşınları tərəfindən yığılan böyük miqdarda qar dənizə axıdılır. 2022-ci ilin martında başa çatan maliyyə ilində ümumşəhər miqyasında qar təmizləyən maşınların və zibil təmizləmə fəaliyyətlərinin xərc dəyəri 5,9 milyard yenaya (44,6 milyon dollar) yüksəlib. Şəhər rəsmisi: "Qar problem olaraq görülür, lakin biz onu faydalı istifadəyə çevirə bilərik", - ifadəsini işlədib.

Tokiodakı "University of Electro-Communications" və yerli İT firması "Forte Co." artıq mənfəətdən istifadə edərək enerji istehsalı üçün əl-ələ verib. Bu kontekstdə istismar olunmayan ibtidai məktəbin hovuzunda yığılan qarla ətrafdakı hava arasındakı temperatur fərqindən istifadə edilərək elektrik enerjisi istehsalının mümkünlüyü araşdırılıb.

Məhəmməd Tağıyev

 





16.01.2023    çap et  çap et