525.Az

"Sosial siğorta üzrə büdcəyə daxilolmalar 19,2 faiz artıb"


 

"Sosial siğorta üzrə büdcəyə daxilolmalar 19,2 faiz artıb" <b style="color:red"></b>

2022-ci ildə sosial siğorta haqları üzrə Azərbaycan büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 19,2 % artaraq 4 milyard 586,3 milyon manata çatıb.

525.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

O vurğulayıb ki, bu, əmək bazarında leqallaşma və əmək haqqı fondunun “ağarması” prosesi şəraitində olub: “Bu müddətdə işsizlikdən siğorta üzrə daxilolmalar isə 19 % artaraq 160,2 milyon manat təşkil edib”.

 





16.01.2023    çap et  çap et