525.Az

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək


 

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək  <b style="color:red"></b>


Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi daxil olan, xalqımızın qəhrəmanlıq salnaməsi, millimüstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar faciəsindən 33 il ötür.  

525.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu münasibətlə yazıçı-dramaturq Tamara Vəliyevanın  eyniadlı əsəri əsasında hazırlanmış “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək. 

İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. 

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev,  Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasovvə başqaları ifa edəcəklər. 
Tamaşa yanvar ayının 20-də saat 16:00-da nümayiş etdiriləcək. 


 

 





16.01.2023    çap et  çap et