525.Az

Ukraynada anti-terror əməliyyatlar zamanı 200 hərbçi ölüb, 619-u yaralanıb


 

Ukraynada anti-terror əməliyyatlar zamanı 200 hərbçi ölüb, 619-u yaralanıb<b style="color:red"></b>

Ukraynada şərqində antiterror əməliyyatlar başlayandan, aprelin 15-dən etibarən 200 hərbiçi  ölüb, 619 nəfər yaralanıb.

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Lısenko bildirib.
 
 
Onun sözlərinə görə, ölənlərdən 150 nəfər Ukrayna silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis əməkdaşıdır.
 
Lısenko həmçinin qeyd edib ki, atəşkəsin kəsilməsindən sonra ölkənin şərqində keçirilən antiterror əməliyyatlarında 5 hərbçi ölüb, 31-i yaralanıb.
 

 





03.07.2014    çap et  çap et