525.Az

3500 il əvvələ aid firon məzarı aşkarlanıb


 

3500 il əvvələ aid firon məzarı aşkarlanıb<b style="color:red"></b>

Misirin Turizm və Tarixi Əsərlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Tarixi Əsərlər Ali Şurası və Kembric Universitetinin Müasir Dövlət Araşdırma İnstitutu ilə birgə yaradılmış Misir-İngiltərə müştərək qrupu Luksorda aparılan qazıntılar zamanı naməlum firon məzarı aşkar edib.

525.az xəbər verir ki, Tarixi Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri bu tapıntının əhəmiyyəti bəhs edərək deyib ki, bu Tutmos dövrünə aid ilk dəlil ola bilər. 

Britaniya arxeoloji qrupunun rəhbəri Piers Lüterlend: “Aşkar edilmiş məzarın I Tutmosun dövründə kral arvadlarından və ya şahzadələrindən birinə aid ola bilər və onların böyük əksəriyyəti indiyədək qazılmayıb”, - deyib. 

Tapıntının tapıldığı arxeoloji sahəyə nəzarət edən dövlət məmuru Muhsin Kamil qeyd edib ki, üstü açılan məzar qədim zamanlarda daşqınlar nəticəsində bərbad vəziyyətdə olub. Misir qrupunun rəhbəri Fethi Yasin, komandanın qazıntıların və bütün qəbiristanlığın arxeoloji sənədlərini davam etdirəcəyini və bunun da qəbiristanlığın memarlıq planlaması və bədii elementlərinin daha aydın şəkildə ortaya çıxmasına töhfə verəcəyini söyləyib.

Malik Atilay

 





16.01.2023    çap et  çap et