525.Az

“Feysbuk” şirkəti istifadəçilərdən üzr istəyib


 

“Feysbuk” şirkəti istifadəçilərdən üzr istəyib<b style="color:red"></b> “Feysbuk” sosial şəbəkəsinin təmsilçisi Şeril Sandberg istifadəçilər üzərində keçirilən gizli psixoloji təcrübəyə görə şirkət adından üzr istəyib.
 
Lent.az-ın “RİA-Novosti”-yə istinadən məlumatına görə, sınaq  insanların emosiya və düşüncəsinə sosial şəbəkələrin təsirinin öyrənilməsinə həsr edilib.
 
“Biz heç kimi incitmək istəmirik və üzr istəyirik. Bu təcrübə xidmətin yaxşılaşdırılması məqsədi ilə aparılıb”- deyə, o, bildirib.
 
Mənbə bildirib ki, bir müddət öncə sosial şəbəkənin 600 min istifadəçisi gizli psixoloji təcrübənin iştirakçısı olub. Mütəxəssislər onları iki qrupa bölüb. Onların bir qrupundan əsasən müsbət xəbərlər yayılıb, o biri qrupda isə daha çox mənfi informasiyalar olub.
 
Bundan sonra mütəxəssislər məlumatların emosional xüsusiyyətlərinin təsirini hesablayıblar.
 
Sınaq nəticələri açıqlanandan sonra “Feysbuk” istifadəçilərinin kəskin tənqid məruz qalıb. Ancaq şirkət nümayəndələri təcrübənin konkret şəxslərin səhifəsi ilə bağlı  olmadığını  və bütün məlumatların təhlükəsiz saxlanıldığına təminat verdiyini bildirib.
 





03.07.2014    çap et  çap et