525.Az
Cəbhədə atışma: 1 əsgərimiz yaralanıb
Erməni silahı bölmələri atəşkəsi pozaraq Azərbaycan Ordusunun əsgərini yaralayıblar.
525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşmənin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb.
Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgərin vəziyyəti kafidir.
03.07.2014
çap et