525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva Fond tərəfindən 8-9 dekabr 2022-ci il tarixində Türkiyənin Bursa şəhərində təşkil olunan "Şuşa Günləri" çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın qədim tarixini və zəngin mədəniyyətini əks etdirən "Azərbaycanın incisi Şuşa" adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.        

Fondun prezidenti Türk Dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ilə bağlı layihələrindən danışıb. Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

 





17.01.2023    çap et  çap et