525.Az

"M.Teatr"ında yeni premyera


 

"M.Teatr"ında yeni premyera<b style="color:red"></b>

Yanvarın 15-də Müstəqil "M.Teatr"ın ("Mənim teatrım") təqdimatında mərhum yazıçı Rövşən Ağayevin "Bir gecənin nağılı"" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Tamaşada gənc qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.

Melodrama janrında hazırlanan tamaşada rolları aktyorlar Gülçin Qasımova və Cavid Baba ifa ediblər.

Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.

Məlumat üçün qeyd edək ki, maraqlı aktyor oyunu, zəngin rejissor tapıntıları ilə müşayiət olunan tamaşa gənc aktyorların səhnə debütü idi.

Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla  xoş təəssüratlarını bölüşüblər.

ŞAHANƏ

 





17.01.2023    çap et  çap et