525.Az

Leyla Əliyeva ad gününü qeyd edir


 

Leyla Əliyeva ad gününü qeyd edir<b style="color:red"></b>

Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva 1986-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

Modern.az-ın məlumatına görə, ötənlərdə “RİA-Novosti” agentliyinə verdiyi müsahibələrinin birində L.Əliyeva bir sıra maraqlı məqamlara toxunub, o cümlədən fəal ictimai həyatını ailə həyatı ilə necə uzlaşdıra bilməsindən də danışmışdı.

Bu gün 28 yaşı tamam olan L.Əliyeva  Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib.

L.Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

“Əslində, işlərimi çatdırmaq çətindir. Mən tez-tez təyyarə ilə uçuram, amma özümə söz vermişəm ki, hara getsəm uşaqlarımı da özümlə götürəcəyəm. Buna görə də indi onlar həmişə mənim yanımda olur. Hətta 5 günlüyə və ya bir həftəliyə uçub gedəndə də mən istəyirəm ki, uşaqlar özlərinə diqqət hiss etsinlər, bu, onlar üçün çox vacibdir. Yəqin ki, həmişə ən başlıca məsələ hər şeyin uğurlu olacağına, hər şeyin yaxşı olacağına inanmaqdır. Nədənsə mən hər bir işi görəndə həmişə inanıram ki, hər şey yaxşı olacaq, əla olacaqdır. Bu, hər bir insan üçün vacibdir. Onda həqiqətən hər işə vaxt çatacaq və hər şey yaxşı olacaqdır”.

Müsahibəsində L.Əliyeva vaxtın sürətlə ötüb keçməsindən də şikayətlənmişdi...

” ... vaxt sürətlə keçir. Amma digər tərəfdən heç vaxt bilmirsən ki, haraya gedib çıxacaqsan... ...İşimdə də irəli getmək istəyirəm. Layihələr, ideyalar çoxdur. Həqiqətən hər şeyə vaxt çatmır. Amma yenə də hər şeyin uğurlu olacağına inansaq, zənnimcə, gələcəkdə xeyli maraqlı işlər görmək olar”.

 





03.07.2014    çap et  çap et