525.Az

Barak Obama 69 ilin ən pis prezidenti seçilib


 

Barak Obama 69 ilin ən pis prezidenti seçilib<b style="color:red"></b>

ABŞ-ın Kvinnipek Universiteti İkinci Dünya müharibəsindən sonrakı prezidentlərin reytinqini müəyyənləşdirən sorğu keçirib.

“Media forum” saytı xəbər verir ki, indiki prezident Barak Obama 1945-ci ildən bəri dövlət başçısı postunu tutanlar arasında ən pisi seçilib. Respondentlərin 33 faizi onu 69 ilin ən pis prezidenti saydığını vurğulayıb. Bu göstəricidə ona 43-cü prezident Corc Buş qonşuluq edir: 28 faiz.     

Respondentlərin fikrincə, 69 ildə ölkəyə rəhbərlik etmiş 12 prezident arasında ən yaxşısı 40-cı prezident Ronald Reyqandır.

1446 nəfərin iştirak etdiyi sorğu iyunun 24-dən 30-dək keçirilib.

“Media forum” saytı bildirir ki, İkinci Dünya müharibəsindən sonra ABŞ-a bu şəxslər prezidentlik edib:

Harri Trumen, 1945-1953

Duayt Devid Eyzenhauer, 1953-1961

Con Fitscerald Kennedi, 1961-1963

Lindon Conson, 1963-1969

Riçard Milhaus Nikson, 1969-1974

Cerald Rudolf Ford, 1974-1977

Ceyms (Cimmi) Erl Karter, 1977-1981

Ronald Uilson Reyqan, 1981-1989

Corc Herbert Uoker Buş, 1989-1993

Uilyam (Bill) Cefferson Klinton, 1993-2001

Corc V.Buş, 2001-2009

Barak Hüseyn Obama, 2009-dan.

 

 





03.07.2014    çap et  çap et