525.Az

Pensiyada ikinci artım necə hesablanacaq?


 

Pensiyada ikinci artım necə hesablanacaq?<b style="color:red"></b>

"İinci artım indeksasiyadır. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq".

Bu fikirləri 525.az -a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 15.0 faiz = 47.50 manat. Qeyd edim ki, 15.0 faiz təxmin olunan indeksasiya faizidir, konkret rəqəm ayın sonunda elan olunacaq. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat= 364.2 manat. Bu artım hər ay ödəniləcək.
Fevral ayında pensiya məbləği yanvardan fərqlənəcəkmi sualına gəlincə, V.Bayramov vurğulayıb ki, birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:

"Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat (yanvar üzrə indeksasiya artımı) + 47.50 manat (fevral üzrə indeksasiya artımı) = 411.7 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316.7 manat, fevral ayında 411.7 manat, mart ayından etibarən isə 364.2 manat alacaq. 
Bir daha qeyd etmək istərdim ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər. Amma ümumi mexanizm artıq təsdiq edilib. Bununla belə, indeksasiya faizində qeyd etdiyimz rəqəm ilə müqayisədə ciddi dəyişiklik gözlənilmir".

Sevinc Qarayeva 
 

 





17.01.2023    çap et  çap et