525.Az

2022-ci ildə Azərbaycanda inflyasiya 13,9% təşkil edib


 

2022-ci ildə Azərbaycanda inflyasiya 13,9% təşkil edib<b style="color:red"></b>

2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz təşkil edib.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, 2022-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,4 faiz bahaşıb. 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib.

2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən isə 19,0 faiz artıb.

 





17.01.2023    çap et  çap et