525.Az

Ramzan Kadırov: "Döyüşlərdə 21 mindən çox çeçen iştirak edib"


 

Ramzan Kadırov: "Döyüşlərdə 21 mindən çox çeçen iştirak edib"<b style="color:red"></b>

Rusiya-Ukrayna müharibəsində 21 mindən çox çeçen döyüşçü iştirak edib.

525.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.

"Mən Çeçenistan Respublikası Parlamentinin sədri, Şimal Hərbi Dairəsinin respublika qərargahının rəisi Maqomed Daudovun məruzəsini dinlədim. O qeyd edib ki, xüsusi əməliyyat başlayandan indiyədək 21 mindən çox çeçen döyüşçü əməliyyatda iştirak edib”, - Kadırov yazıb.

Kadırov onu da vurğulayıb ki, hazırda cəbhə xəttində 9 mindən çox çeçen hərbçi var və onlarla şəxsən əlaqə saxlayır.

Qeyd edək ki, bundan əvvəl Kadırov Qərbin Kiyevə yardımını çirkli pulların yuyulması sxemi adlandırmışdı. 

Havar Şəfiyeva

 





17.01.2023    çap et  çap et