525.Az

“Rusiya İraqdakı savaşda iştirak edir”


 

“Rusiya İraqdakı savaşda iştirak edir”<b style="color:red"></b> “Daily beast” İnternet-saytı bildirib ki, Rusiya İraqa döyüş təyyarələrinin  tədarükünü davam etdirmək niyyətindədir.
 
Lent.az-ın “nyusru” -ya istinadən məlumatına görə, təlimatçı adı ilə İraqda işləyən rusiyalı hərbi təyyarəçilər “İraq Şam İslam Dövləti” yaraqlılarına qarşı döyüşlərdə iştirak edirlər.
 
Mənbə xatırladıb ki, əvvəlcə, rusiyalı hərbçilərin Bağdadda 12 ədəd “Su-25” təyyarəsi apararaq, iraqlıları təlimatlandırdıqları barədə xəbər yayılmışdı. İraq Hərbi Hava qüvvələrinin komandanı general Ənvər Əminə əsaslanaraq, “Nyu-York tayms” bildirib ki, rusiyalı təlimatçılar bir neçə gün İraqda qalacaq.
 
 
Məlumatda bildirilib ki, bu bəyanat İraqa verilən qırıcıların sayını və tipini müəyyənləşdirməyə əsas verir. Öncə, “Su-25”-lə bağlı təlimatın veriləcəyi deyilirdi. Həmin xəbərə görə, Rusiya İraqa əvvəllər istismarda olan 5-10  qırıcı satmaq niyyətində imiş.
 





03.07.2014    çap et  çap et